Qurban bayramına sayılı günlər qaldığı üçün əhali bazarlara üz tutur. Bəs qurbanlıq qoyunu necə seçməliyik?
Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən satıcı Atakişi Hüseynov bildirib ki, qurbanlıq seçərkən qoyunun qulaqlarına diqqət etmək lazımdır:
“Əgər qoyunun qulağı aşağı doğru sallanırsa, deməli, qoyunda xəstəlik var. Məsləhət görərdim bazarlarda qoyun seçərkən onun yeriməsinə də diqqət etsinlər. Çünki heyvan yavaş hərəkət edirsə, bu onun xəstə, ya da qoca olmasının göstəricisidir”.
Satıcı qeyd edib ki, hazırda bazarda qiymət artımı yoxdur:
“Hələlik qiymətlər eynidir. Quzunun diri çəkisinin 1 kiloqramı 7,50-8 manat arası dəyişir. Bayrama yaxın isə qiymət artımı gözləniləndir”.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?