Rusiya Müdafiə Nazirliyi “Vaqner” silahlılarına müraciət edib.
BUTA.TV xəbər verir ki, Rusiya MN müraciətində vaqnerçiləri təslim olmağa çağırıb.
“Sizi aldadaraq Priqojinin cinayətkar avantürasına və silahlı üsyanda iştiraka vadar ediblər.
Bir çox yoldaşınız səhvlərini artıq başa düşərək daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəyiblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım göstərilib.
Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik.
Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, - müraciətdə qeyd olunub.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?