Qızım Elay Məhəmmədqızı Binnətzadə iyunun 6-da 276 nömrəli məktəbdə keçirilən rus dili üzrə şifahi nitq bacarığının qiymətləndirməsi üçün müsabiqədə iştirak edib. Bütün suallara dolğun cavab verdiyi halda müsabiqədən keçirilməyib.
Bu barədə BUTA.TV-a Elayın anası Mehriban Binnətzadə məlumat verib.
O bildirib ki, sözügedən müsabiqə zamanı qızının yanında olub:
“Müsabiqə zamanı qızımın yanında olduğuma görə bütün suallara doğru cavab verdiyinin şahidi olmuşam. Müsabiqə zamanı otaqlarda müşahidə kameraları da var idi. Həmçinin belə halların baş verə biləcəyi ehtimalını nəzərə alaraq, müsabiqə zamanı telefonumun səs yazısını da açıq qoymuşdum. Əlimdə bütün subutlarım var. Rus dili bölmələrində yer az olduğu üçün çalışırlar ki, uşaqları Azərbaycan bölməsinə yönləndirsinlər. Sinifləri rüşvətlə, tapşırıqla bölürlər. Müsabiqədə sual verirlər ki, kələm dolmasının içində nələr olur? Məsələn, uşağın yadından çıxıb düyünü demirsə, kəsirlər. Uşaqları çaşdırmaq, kəsmək üçün hər şey edirlər”.
Valideyn bildirib ki, imtahandan bir gün sonra Təhsil Nazirliyinə və BŞTİ-nə müraciət edib:
“Nazirliyə getdim, ordan Bakı Şəhər Təhsil İdarəsini göndərdilər, idarəyə getdim, dedilər, apellyasiyaya ver. İyunun 7-dən etibarən apellyasiyaya 3 dəfə müraciət etmişəm. Bundan sonra BŞTİ-yə məktub ünvanlamışam. Nəticə yoxdur. Mənim övladım rus dilində danışır, rus dilində hazırlıqlara gedir. Onu Azərbaycan bölməsinə qoysam, heç nə anlamayacaq. Bir dəfə cəhd etdim, çox çətinlik çəkdi.
Mən müşahidə kameralarının açılmasını, bütün suallara cavab verdiyi halda övladımı kəsən müəllimə töhmət verilməsini tələb edirəm. Lazımdırsa, övladımı yenidən sorğu-sual etsinlər”.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?