Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner” üsyanı barədə danışıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, o, əvvəllər Y.Priqojinə inandığını bildirib.
“Mən düşünürdüm, bəzi insanlara inanmaq olar ki, onlar vətəni ürəkdən sevirlər. Sən demə, şəxsi ambisiyalar və mənafe naminə insanlar vətən sevgisinə məhəl qoymaya bilirmişlər.
Mən Priqojinlə danışdım, onu biznes ambisiyalarını kənara qoymağa razı saldım, düşündüm ki, o məni eşidər. Ancaq görünür, bu onun içində bütün müddət ərzində böyüyüb. Sahibkarlıqda uğursuz müqavilələr zənciri biznesmendə inciklik yaratdı. Bu inciklik Sankt-Peterburq rəhbərliyi onun qızına arzuladığı torpaq sahəsini təmin etməyəndə pik həddə çatdı”, – R.Kadırov qeyd edib.
O, həmçinin, bütün vaqnerçiləri yaxşı düşünməyə çağırıb:
“İndi hər şey sülhlə qurtardı, qan axmadan, ancaq bunlar baş verə də bilərdi”.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?