Sabah Bakı, Bərdə və Şuşada bayram münasibətilə hərbi yürüş keçiriləcək.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək. Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunacaq və onların ailələri ilə görüşlər keçiriləcək.
Eyni zamanda silsilə tədbirlər çərçivəsində Bakı, Bərdə və Şuşa şəhərlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri də təşkil olunacaq.
Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim ediləcək.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?