“Yevlax-Mərkəzi Bazar” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
BUTA.TV “Vergilər” qəzetinə istinadən xəbər verir ki, iclas 10 avqust, Yevlax şəhəri Fizuli küçəsi, ev 10 ünvanında keçiriləcək.
Yığıncağın iclasında gündəliyə “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərarın qəbul edilməsi, Ləğvetmə Komissiyasının tərkibinin təsdiq edilməsi, ləğv edilmə müddətinin müəyyən edilməsi, səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi daxildir.
Qeyd edək ki, “Yevlax – Mərkəzi Bazar” ASC 2000-ci ildə yaradılıb, İdarə Heyətinin sədri Elnur Əzizovdur.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?