Moskvada “Vaqner” dəstəsinə dəstək üçün silahla çıxan iki nəfər saxlanılıb.
BUTA.TV xəbər verir ki, “Vaqner” döyüşçüləri Moskvaya doğru hərəkət edərkən iki gənc paytaxtın kənarında onlara dəstək olmaq qərarına gəlib.
20 yaşlı Danil və 18 yaşlı Yeqor silahla Çobotovskaya küçəsinə çıxıblar.
Polis əməkdaşları gəncləri yaşadıqları evdə saxlayıb. Onlardan ov tüfəngi götürülüb. Yeqor polisə bildirib ki, “Vaqner” döyüşçülərini müdafiə etmək üçün küçəyə çıxıb.
Hazırda gənclərlə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, “Vaqner”in Moskvaya yürüşü Belarus lideri Lukaşenkonun “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə 24 iyunda apardığı danışıqların nəticəsi olaraq dayandırılıb. Vaqnerçilər geri – səhra düşərgəsinə qaydıblar.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?