“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.
BUTA.TV xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı Viera Juninyonun keçidini elan edib.
27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın “Çaves” klubundan transfer olunub. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Juninyo "Qarabağ"da 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Qarabağ”ın transfer dönəmində ilk keçidi “Zirə”dən fransalı vinger Hamidu Keyta olub.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?