Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 22-də Quba rayonu ərazisində keçirdikləri tədbir zamanı Qəçrəş və Dağlı kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, Tülər kəndində isə qanunsuz kömür istehsalı faktları aşkar olunub.
Bu barədə BUTA.TV-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə Qəçrəş və Dağlı kənd bələdiyyələrinin sədrləri, 275.1.1-ci maddəsinin (dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizanın rəyi ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi) tələblərini pozduğuna görə isə bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edilib ki, sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?