Misirin İsgəndəriyyə şəhərində 13 mərtəbəli bina anidən çöküb.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, dağıntılar altında xeyli insanın olacağı ehtimal edilir. İlkin məlumata görə, 4 nəfər yüngül xəsarət alıb.
Hazırda hadisə yerində xilasedicilər işləyir, zərərçəkənlərin axtarışı və həkimlərə təhvil verilməsi istiqamətində tədbirlər görülür.
Binadakı mənzilləri əsasən istirahətə gələn turistlərin icarələdiyi bildirilib.
Bundan əlavə, binada ticarət mərkəzi də yerləşibmiş.
Məlumata görə, əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib, araşdırma aparılır.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?