Bu yaxınlarda "Vaqner" Ukraynada yaxşı nəticələr əldə etdi, ən ciddi tapşırıqları yerinə yetirdi. Lakin intriqalar, düşünülməmiş qərarlar nəticəsində bu bölmə 2023-cü il iyulun 1-də fəaliyyətini dayandıracaq.
BUTA.TV xəbər verir ki, bunu "Vaqner"in rəhbəri Yevgeni Priqojin deyib.
"Komandirlər şurası toplandı və bu məlumatı döyüşçülərin diqqətinə çatdırdıq. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı.
24 saat davam edən bütün yürüşdə bir kolon Rostova, digəri isə Moskva istiqamətində getdi. Gün ərzində 780 kilometr yol qət etdik. Biz hava qüvvələrinə zərbələr endirməyə məcbur olduq. Bu müddət ərzində yol kənarında olan bütün hərbi obyektlər bağlanaraq zərərsizləşdirilib. "Vaqner" döyüşçüləri arasında öz istəkləri ilə Müdafiə Nazirliyindən ayrılıb bizə qoşulan bir neçə nəfər yaralanıb və iki nəfər həlak olub. "Vaqner" döyüşçülərinin heç biri bu kampaniyaya məcbur edilmədi. Hamı onun son məqsədini bilirdi",- o bildirib.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?