Rostovun ələ keçirilməsi, “Vaqner” muzdlularının Moskvaya sürətli yürüşü, hüquq-mühafizə orqanlarının üsyana müqavimət göstərməməsi Rusiya Prezidenti Vladimir Putinin ruslar arasında nüfuzuna xələl gətirib.
BUTA.TV xəbər verir ki, bu sözləri “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov “Nyu York Tayms”a açıqlamasında deyib.
"Sabitliyi və təhlükəsizliyi təmin etməli olan Putin 24 iyunda uğursuzluğa düçar oldu. Görürəm ki, elit dairələr artıq özlərini tam təhlükəsiz hiss etmirlər", - o qeyd edib.
Remçukov bildirib ki, 24 iyun Moskvaya ciddi təsir edib, hətta həmin gün bir neçə məşhur şəxs Rusiya paytaxtından qaçıb:
“Putinə yaxın adamlar indi onu 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etməməyə inandırmağa çalışa bilərlər”.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?