Oğuz rayonunda oteldə ölüm hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-cı il təvəllüdlü Sübhan Ağakişi oğlu Quliyev bu gün səhər oteldə ürəktutmasından vəfat edib.
Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib.
Toydan çıxıb otelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında ona Təcili Tibbi Yardım çağırılaraq iynə də vurulub. Bir neçə saat sonra - bu gün səhər otel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?