Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar qeydə alınıb.
BUTA.TV xəbər verir ki, güclü dolu və leysan yağışları qısa müddət ərzində şəhərdə əksər istinad divarlarını dağıdıb.
Həmçinin təbiət hadisəsi nəticəsində bəzi elektrik və rabitə xətləri qırılıb, yol infrastrukturuna zərər dəyib.
Bundan əlavə, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub, rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə və təsərrüfatlara ciddi ziyan vurub.
Hazırda şəhərin mərkəzi küçəsindən güclü sel keçir.
Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Hazırda fəsadların aradan qaldırılması ilə bağlı həyata keçirilən işlər davam etdirilir.
- Pensiyalar ödənildi - Şad xəbər
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu