Bizdə “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusa getməsinə dair heç bir məlumat yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Kreml qiyama cəhdlə bağlı bütün tərəflərin öhdəliklərini yerinə yetirəcəyinə ümid edir.
D.Peskovun sözlərinə görə, qiyamın yatırılması Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində mümkün oldu:
“Son hadisələr göstərdi ki, cəmiyyət və siyasi qüvvələr prezidentin ətrafında birləşir”.
Kremlin sözçüsü qeyd edib ki, V. Putin Belarus dövlət başçısı Aleksandr Lukaşenko ilə hər gün danışır və addımları koordinasiya edirlər.
Qeyd edək ki, daha əvvəl Y.Priqojinin Belarusa getməsi barədə məlumat yayılmışdı. Onun təyyarəsinin paytaxt Minskdə görüldüyü iddia edilirdi.
- Pensiyalar ödənildi - Şad xəbər
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu