ABŞ-ın keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Mayk Pens bu gün Kiyevə gözlənilmədən səfər edib və Vladimir Zelenski ilə görüşüb. Onların müzakirəsinin təfərrüatı açıqlanmır.
BUTA.TV xəbər verir ki, bu barədə "NBC Nyus" məlumat yayıb.
Məlumata görə, Pens 2024-cü ildə Amerika prezidentliyinə seçki kampaniyasının başlandığını elan edəndən bəri Kiyevə səfər edən ilk namizəd olub.
“Mən ABŞ-ın azad dünyanın lideri olduğuna inanıram. Bununla belə, buraya sadəcə bir fərd kimi gəlməyim mənim üzərimə düşən işi yerinə yetirmək və ABŞ-dan ukraynalı dost və müttəfiqlərimizi dəstəkləməyə çağırmağa davam etmək əzmini gücləndirir”, - Pens bildirib.
Qeyd olunur ki, Pens gün ərzində Kiyevə bitişik bir neçə şəhərə, o cümlədən Buçaya baş çəkib.
- Sabah Bakıya yağış yağacaq
- Bakı metrosu 8 martda belə işləyəcək
- Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- Minabdakı 160 şagirdi kim öldürüb? - ABŞ araşdırır
- TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
- Salyanda maşın obyektə çırpıldı, sonra yandı
- Qadın qətlə yetirildi, qaçan ərini polis saxladı
- Dövlətə xəyanət edən 4 nəfərə hökm oxundu