Kanadada uzun müddət davam edən meşə yanğınlarının tüstüsü səmanı bürüdüyündən, amerikalıların təxminən üçdə biri pis hava keyfiyyətindən əziyyət çəkəcək.
BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məlumata görə, pis hava keyfiyyəti xəbərdarlığı ABŞ-da gecə yarısına qədər qüvvədədir:
"Bu tüstü Viskonsin və İllinoys ştatının şimalından Miçiqan, həmçinin Nyu York və Şərq Sahilinə qədər uzanır. 100 milyondan çox amerikalıya uzun müddət açıq havada qalmamaq, ağciyər və ya tənəffüs xəstəliklərindən əziyyət çəkənlərə isə zəruri hallarda maska taxmaqla bağlı çağırış edilib".
- Sabah Bakıya yağış yağacaq
- Bakı metrosu 8 martda belə işləyəcək
- Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- Minabdakı 160 şagirdi kim öldürüb? - ABŞ araşdırır
- TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
- Salyanda maşın obyektə çırpıldı, sonra yandı
- Qadın qətlə yetirildi, qaçan ərini polis saxladı
- Dövlətə xəyanət edən 4 nəfərə hökm oxundu