Ukrayna və tərəfdaşları 2020-ci ilin yanvarında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin İran hərbçiləri tərəfindən vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırır.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin dərc etdiyi PS752 Uçuş Qurbanlarına Yardım üzrə Beynəlxalq Koordinasiya Qrupunun birgə bəyanatında deyilib.
Qeyd edək ki, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boinq 737-800" təyyarəsi Tehran hava limanından qalxdıqdan az sonra İran tərəfindən vurulmuşdu. Hadisə zamanı 176 sərnişin həlak olmuşdu.
- Sabah Bakıya yağış yağacaq
- Bakı metrosu 8 martda belə işləyəcək
- Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- Minabdakı 160 şagirdi kim öldürüb? - ABŞ araşdırır
- TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
- Salyanda maşın obyektə çırpıldı, sonra yandı
- Qadın qətlə yetirildi, qaçan ərini polis saxladı
- Dövlətə xəyanət edən 4 nəfərə hökm oxundu