Kəlbəcər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Məhəmməd Əmiraslan oğlu Vəliyev ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
- Bu ölkələrdəki vətəndaşlarımız təxliyə ediləcək
- Sabah Bakıya yağış yağacaq
- Bakı metrosu 8 martda belə işləyəcək
- Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- Minabdakı 160 şagirdi kim öldürüb? - ABŞ araşdırır
- TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
- Salyanda maşın obyektə çırpıldı, sonra yandı
- Qadın qətlə yetirildi, qaçan ərini polis saxladı