Silahlı üsyan təşkil etmək cəhdindən sonra Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) “Vaqner”in təsisçisi Yevgeni Priqojini məhv etmək tapşırığı verilib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
“Biz bilirik ki, Priqojinin öldürülməsi vəzifəsi FSB-yə həvalə olunub. Onların bu işdə uğur qazanıb-qazanmayacağını zaman göstərəcək”, - Budanov qeyd edib.
O bildirib ki, sui-qəsd cəhdi tezliklə olmayacaq, çünki Rusiyaya bir az vaxt lazımdır.
“Rusiya daxilində sabitliyi pozmağa yönəlmiş istənilən hərəkət Ukrayna üçün faydalıdır”, - o vurğulayıb.
O, həmçinin, iddia edib ki, Priqojinin qısa üsyanı nəticəsində Rusiyanın 8 hərbi təyyarəsi, o cümlədən komanda məntəqəsi məhv edilib.
- Bu ölkələrdəki vətəndaşlarımız təxliyə ediləcək
- Sabah Bakıya yağış yağacaq
- Bakı metrosu 8 martda belə işləyəcək
- Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- Minabdakı 160 şagirdi kim öldürüb? - ABŞ araşdırır
- TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
- Salyanda maşın obyektə çırpıldı, sonra yandı
- Qadın qətlə yetirildi, qaçan ərini polis saxladı