“Quru sərhədləri acığa düşüb, heç bir izah etmədən qapalı saxlayırlar, məsələnin “pandemiya” və “karantinlə” əlaqəsinin olmadığını artıq hamı bilir. Qeyri-rəsmi “təhlükəsizliklə” izah etməyə çalışan hökumət üzvləri, deputatlar var, yaxşı, tutalım siz deyəndi, bəs bunun Azərbaycanın öz vətəndaşlarına nə aidiyyatı var?! Ölkədən sərhədi açmırsız, bəs ölkəyə niyə qapadırsız?!”
BUTA.TV xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.
N.Cəfərli bildirib ki, Azərbaycana təyyarə ilə gələn Gürcüstan və Rusiya vətəndaşlarını quru sərhəddən öz ölkələrinə keçməyə mane olmurlar, ola da bilməzlər, başqa ölkənin vətəndaşını öz ölkəsinə buraxmasan, bu, ciddi beynəlxalq skandal olar: “Yaxşı, bizim vətəndaş təyyarə ilə gedir Gürcüstana, geri qayıdanda öz ölkəsi onu quru sərhəddən niyə buraxmasın ki? Dövlət öz vətəndaşını necə ölkəyə buraxmaya bilər ki?! Bunun “təxribat”, və ya “təhlükəsizliklə” nə əlaqəsi var?! Heç olmasa, imkan verin təyyarə ilə ölkədən gedən quru sərhədlərdən keçib öz ölkəmizə gələ bilsin, insafınız olsun, bu qədər saymazlıq olmaz axı...”
- Bu ölkələrdəki vətəndaşlarımız təxliyə ediləcək
- Sabah Bakıya yağış yağacaq
- Bakı metrosu 8 martda belə işləyəcək
- Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- Minabdakı 160 şagirdi kim öldürüb? - ABŞ araşdırır
- TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
- Salyanda maşın obyektə çırpıldı, sonra yandı
- Qadın qətlə yetirildi, qaçan ərini polis saxladı