Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni diasporu ilə görüşdə səsləndirdiyi fikirlər Ermənistanda da geniş müzakirə və hakimiyyətə qarşı tənqidlərin genişlənməsinə səbəb olub.
BUTA.TV xəbər verir ki, Ermənistan XİN Makronun bəyanatı ilə bağlı Yelisey sarayına sorğu göndərildiyini bildirib.
“Dünəndən etibarən biz Fransa tərəfi ilə əlaqə saxlayırıq”, - XİN sözçüsü Ani Badalyan bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Makron Marseldə erməni icmasının nümayəndələri ilə görüşündə Makron Fransanın Ermənistan-Azərbaycan danışıqlarında tutduğu mövqe baxımından tək qaldığını, “Paşinyandan daha çox Əliyevə təzyiq etdiyini” bildirmişdi. Onun “tək qaldığını” bildirməsi isə Ermənistanda ciddi müzakirə doğurub.
Xatırladaq ki, bir müddət öncə Makronun 1 iyunda Kişinyovda keçirilən beştərəfli görüşdən də narazı ayrıldığı, görüşdə iştirak edən 5 liderdən 4-nün (Olaf Şolts, Şarl Mişel, İlham Əliyev, Nikol Paşinyan) Qarabağla bağlı mövqeyinin eyni olduğu, onun isə tutduğu mövqeyə görə pis vəziyyətdə qaldığını dediyi barədə məlumat yayılmışdı.
- Bu ölkələrdəki vətəndaşlarımız təxliyə ediləcək
- Sabah Bakıya yağış yağacaq
- Bakı metrosu 8 martda belə işləyəcək
- Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- Minabdakı 160 şagirdi kim öldürüb? - ABŞ araşdırır
- TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
- Salyanda maşın obyektə çırpıldı, sonra yandı
- Qadın qətlə yetirildi, qaçan ərini polis saxladı