Ermənistanda bu axşam saat 19:00-da aksiya keçiriləcək.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib.
O bildirib ki, aksiya iyulun 6-da saat 18:00-a qədər davam edəcək:
“Aksiya Respublika Meydanından başlayacaq. Bütün dövlət bayramlarımız matəmə çevrilib, onların ilkin mənası, məqsədi pozulub. Konstitusiya Gününü bayram kimi qeyd etmək çətindir, çünki Eermənistan konstitusiyası pozulur. Qanunlar ona riayət etmək öhdəliyi olan məmurlar, dövlət qulluqçuları tərəfindən pozulur. Paşinyanın bəyanatlarına gəlincə, mənə çox maraqlıdır, o, konstitusiyanı özü oxuyub? Heç olmasa dəyişməz qalan ön sözü oxusun”.
- Abşeronda Qadınlar Günü şəhid ailələrinin xanımları ilə birgə qeyd olundu
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq