“Vaqner”in silahlı qiyamından və Belarusa köçürülməsindən sonra Suriya, Sudan, eləcə də Liviyada Rusiyanın maraqlarını müdafiə edən vaqnerçilərin taleyi sualı altındadır.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin Yaxın Şərqdə hərbi kəşfiyyat sahəsində ixtisaslaşmış “Debka” internet resursu məlumat yayıb.
“Suriyada onlar 4 böyük neft və qaz yatağı - Əl-Şar, Əl-Mahr, Cəzr və Caharın mühafizəsini həyata keçirirlər. Bunun üçün gəlirin dörddə birini alırlar. Sudanda qızıl və mis mədənlərini qoruyurlar. Liviyada general Xəlifə Haftarın qoşunlarına dəstək verirlər. Suriya və Liviya Moskva üçün həm də ona görə son dərəcə vacibdir ki, onlar İran, həmçinin İsrail arasında oynamağa imkan verir”, – məlumatda deyilir.
Qeyd olunur ki, “Vaqner”in iştirakı olmadan belə bir oyun çətin mümkün olsun.
- Abşeronda Qadınlar Günü şəhid ailələrinin xanımları ilə birgə qeyd olundu
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq