Xəbər verdiyimiz kimi, martın 18-i yaşadıqları evdə Astara rayonunun Şiyəkəran kənd sakinləri 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın öldürülməsi, onun anası 1970-ci il təvəllüdlü Sevda Ramazanovaya isə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Rayon prokurorluğundan BUTA.TV-a bildirilib ki, istintaqla 1991-ci il təvəllüdlü Fərmayil Əliyevin bıçaqla çoxsaylı xəsarətlər yetirməklə arvadı Əfsanə Ramazanovanı öldürməsi, bundan sonra qayınanası Sevda Ramazanovaya xəsarətlər yetirməklə öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
F.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
- Abşeronda Qadınlar Günü şəhid ailələrinin xanımları ilə birgə qeyd olundu
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...
- Bakı ata və oğlu faciəvi şəkildə öldü
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Azərbaycanda oğul anasını bıçaqladı
- Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq