Ermənistanın parlament komissiyasının 44 günlük müharibənin vəziyyəti ilə bağlı apardığı araşdırmalar ictimaiyyət arasında da ciddi müzakirələrə səbəb olub. Bu sırada müharibədən qaçmaq üçün Azərbaycanın tələblərinin yerinə yetirilməsi vacibliyi də önə çəkilir. Belə ki, 2016-cı ilin Aprel savaşından sonra Ermənistanın (Serj Sərkisyanın simasında) üzərinə götürdüyü öhdəliklərdən yayınması, bunun ardınca isə Nikol Paşinyanın təhrikedici hərəkətlərinin müharibə səbəbi olması da vurğulanır.
BUTA.TV xəbər verir ki, müzakirələrə politoloq Gevorq Danielyan da qoşulub.
O, hazırda Azərbaycanın Ermənistandan Qarabağdakı hərbi birləşmələrini çıxartmağı tələb etdiyi xatırladıb. İddia edib ki, Qarabağda erməni hərbi birləşmələri yoxdur, ancaq Azərbaycan bunu tələb edir.
“Sabah müharibə təhlükəsi ilə onlar (azərbaycanlılar – red.) heç bir məhkəmə və mühakimə olmadan tələb edəcəklər ki, biz onlara hərbi cinayətlərə görə 200 milyard dollar təzminat ödəməliyik. Azərbaycan artıq təxminatla bağlı yüksək səviyyədə “əsaslandırma və hesablamalarla” (fərqləndirmə Danielyanındır – red.) məşğuldur”, - o qeyd edib.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...