Azərbaycan və Türkiyə münasibətləri daha yüksək səviyyəyə qaldırılmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, Avropa Birliyinə oxşar bir birlik yaratmalıyıq:
“Eyni valyuta və s. olmalıdır. Gələcəkdə digər türk dövlətləri də bu birliyə qoşula bilər. Hökuməti bu məsələdə ciddi düşünməyə çağırıram. Bizim güclü müttəfiqlərə ehtiyacımız var”.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...