“Vaqner”in təsisçisi Yevgeni Priqojinin harada olması barədə Kremlin məlumatı yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, biz onun hərəkətlərini izləmirik. Bizim bunu etməyə nə imkanımız, nə də istəyimiz var”, - o bildirib.
Peskov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Belarus rəhbəri Aleksandr Lukaşenko arasında görüş, lazım gələrsə, baş tutacaq. Lakin hələlik dəqiq tarix yoxdur.
Qeyd edək ki, Belarus Prezidenti Lukaşenko Priqojinin Sankt-Peterburqda olduğunu bildirmişdi.
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?
- Sabah hava necə olacaq?
- Sabah ASAN Xidmət işləməyəcək
- Bakıda yük maşını gənc qızı vurub öldürdü
- FHN tərəfindən qanunsuz tikililər söküldü - Video
- İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...