İranın Fars əyalətinə qaşqay türklərinin milli geyimlərdən istifadə etməsinə qadağa qoyulması ilə bağlı sərəncam göndərilib.
BUTA.TV xəbər verir ki, sərəncam Fars əyalətinin Sənaye və Mədən Baş İdarəsi tərəfindən verilib.
Restoran, turizm mərkəzləri və istirahət yerlərinin müdirlərinə göndərilən sərəncamda qeyd edilib ki, bu “İran etnik qruplarının ləyaqət və şəninə xələl gətirməmək”lə bağlıdır.
Qeyd edək ki, xüsusilə son illər İranda 3 milyon sayı olan qaşqay türklərinə qarşı təzyiqlər artıb. Onların kompakt yaşadıqları bölgələrdən köçürülməsi, milli geyimləri ilə ictimai yerlərə buraxılmamaları etirazlara səbəb olub.
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...
- Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
- Sumqayıtda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir...
- Naxçıvanda qarın hündürlüyü 54 sm-ə çatdı - Foto
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...
- Naxçıvandan İğdıra və əks istiqamətdə neçə nəfər daşınıb?