May ayında Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun iclası keçirildi. Bu işçi qrupu həyati əhəmiyyət kəsb edən digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur. Həmin qrupun əsasında 2024-cü ildə Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın yaradılmasına dair razılıq konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümüdür.
BUTA.TV xəbər verir ki, bu fikirləri Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.
“Bu ilin yanvarında təcrübələrin, ölkələrimizin və planetin gələcəyinə dair qabaqcıl baxışların mübadiləsi baxımından digər mühüm təşəbbüs olan Qlobal Bakı Forumunda iştirak etmək imkanım oldu. Prezident Heydər Əliyevin 100 illiyində Azərbaycanın inkişafı və gücləndirilməsinə dair müstəsna baxışı ölkənizə səfər edən hər kəs tərəfindən hiss olunur. Onun Azərbaycan üçün etdikləri tarixin yaddaşında əbədi yaşayacaq və ölkənizin gələcək inkişafına xidmət edəcək”, - deyə Albaniya Prezidenti vurğulayıb.
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...
- Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
- Sumqayıtda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir...
- Naxçıvanda qarın hündürlüyü 54 sm-ə çatdı - Foto
- Qadının evindən 28 min manat oğurlandı, bacısı qızı saxlanıldı
- Bu uşaqların cəza çəkən anaları ilə görüşü...