Teleqram üzərindən vətəndaşlara “@ Postbot” vasitəsilə yaradılmış fişinq mesajlar göndərilir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) BUTA.TV-a bildirilib ki, çox zaman bu mesajlar dost və ya tanış adından gəldiyinə görə güvənli hesab olunur və məlumatsız vətəndaşlar bu tələyə düşüb öz fərdi məlumatlarını daxil edirlər.
Nömrəni daxil etdikdən sonra, həmin nömrənin Teleqram hesabına təsdiq kodu göndərilir. Bu kod Teleqram hesabına başqa cihazlardan daxil olmaq üçün istifadə olunan koddur. Əgər kod düzgün şəkildə daxil edilərsə, sizin Teleqram hesabınız ələ keçirilmiş sayılır və kiberdələduzlar bundan istifadə edərək başqa vətəndaşlara sizin adınızdan real kimi görünən həvəsləndirici fişinq mesajları göndərəcəklər.
Vətəndaşlara “@ PostBot” vasitəsi ilə gələn mesajlara daxil olmamaq, şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.
Əgər vətəndaşlar artıq “@ PostBot” vasitəsi ilə gələn mesajlara daxil olublarsa, aşağıda qeyd etdiyimiz addımları həyata keçirmək tövsiyə olunur:
1. “Telegram” hesabı üçün iki mərhələli təsdiqləməni aktivləşdirin;
2. Sizə gələn təsdiqləmə kodunu heç kimlə paylaşmayın;
3. “Telegram” hesabına qoşulmuş cihazlara nəzarət edin;
4. Tətbiq icazələrini doğru tənzimləyin.
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...
- Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
- Sumqayıtda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir...
- Naxçıvanda qarın hündürlüyü 54 sm-ə çatdı - Foto