Bakıda ən bahalı mənzillər bu ərazilərdədir

11:32 - 8 İyul 2023 - GÜNDƏM

 Bakıda ən bahalı mənzillər bu ərazilərdədir

Hazırda Bakıda bahalı mənzillərin sayı kifayət qədərdir. Təqribən 1.8-2.5 milyon manata mənzillər var.

BUTA.TV xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, həmin mənzillər əsasən şəhərin mərkəzində, mərkəzə yaxın ərazilərdə yerləşir.

“Elə ərazilər var ki, orada təmirsiz mənzillərin bir kvadratmetrinin qiyməti 8 min manatdır. Elə evlər var ki, smart sistemlə inşa olunub və yüksək standartlarla təmir olunub və yüksək qiymətə satılır.

Bu xəbər hal-hazırda çox oxunur
Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq

Ancaq elə bağ evləri də var ki, açıq satışda olmasa da qiyməti 25 milyon manata, bəzi hallarda 30 milyon manata qədərdir. Bu evlər əsasən dənizə yaxın ərazilərdə 1-2 hektar ərazidə böyük tikililərdir”, - deyə ekspert əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol