Dünən Qarabağın bir hissəsində yerləşən erməni əhalinin “ictimai təşkilatları sektoru”nun bir neçə nümayəndəsi, o cümlədən separatçıların “anti-böhran şurasının sədri” Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandiri Lentsovla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilib ki, görüş çox gərgin şəraitdə keçib:
“Lentsov deyib ki, Laçın dəhlizindəki vəziyyətə görə rus sülhməramlılardan daha çox, Ermənistan Baş naziri Nikol Paşinyan məsuliyyət daşıyır. Məhz Paşinyanın “Qarabağ Azərbaycandır” sözlərindən sonra Laçın yolu bağlanıb”.
Lentsov həmçinin siyasi qərarlar qəbul etmək hüququ olmadığını, yalnız əmrləri icra etdiklərini bildirib və “ictimai fəalları” yola salıb.
Daha sonra separatçıların “deputatları” da Lentsovla görüşüb, onlara da eyni sözlər deyilib və heç bir kömək edə bilməyəcəkləri bildirilib.
Qeyd edilib ki, bundan sonra sülhməramlı kontingentin qərargahı önündə aksiya keçirmək təklifi irəli sürülüb. Lakin yada salınıb ki, iki gün əvvəl belə bir təşəbbüs iflasa uğrayıb, çünki təyin edilən aksiyaya heç 30 nəfər də gəlməyib.
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...
- Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
- Sumqayıtda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir...
- Naxçıvanda qarın hündürlüyü 54 sm-ə çatdı - Foto