İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində 16-cı polis bölməsinə iyulun 8-i səhər saatlarında edilən silahlı hücumu “Ceyş əl-Ədl” təşkilatı öz üzərinə götürüb.
BUTA.TV xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirib.
“Ceyş əl-Ədl” təşkilatı hamının diqqətinə çatdırmaq istəyir ki, onun İlahi Ədalət Strateji Batalyonunun fədailəri bəluc xalqının qanlı cümə faciəsinin əsas səbəbkarı olan 16-cı polis bölməsinə uğurlu hücumun məsuliyyətini öz üzərinə götürür”, - bəyanatda yazılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Zahidan şəhərində 16-cı polis bölməsinə silahlı hücum nəticəsində 2 polis və 4 hücumçu həyatını itirib.
“Ceyş əl-Ədl” Sistan və Bəlucistan əyalətində İran rejimi ilə silahlı mübarizə aparan sünni məzhəbli etnik bəlucların silahlı qruplaşmasıdır.
Təşkilat bu günə kimi əyalətin müxtəlif bölgələrində SEPAH qüvvələrinə qarşı çox sayda əməliyyatlar həyata keçirib. Son illərin ən əhəmiyyətli əməliyyatlarından biri 16 fevral 2019-cu ildə Zahidan-Xaş yolunda baş tutub. Həmin əməliyyat nəticəsində SEPAH-ın 27 üzvü öldürülüb, 13 nəfər isə yaralanıb.
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
- 200-dən çox Azərbaycan vətəndaşı Ciddədən Bakıya təxliyə edildi
- Daha bir marşrutun avtobusları yenilənir: gediş haqqı...
- Ölkəmizdə bu qadınlar daha yüksək maaş alır
- Sumqayıtda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir...
- Naxçıvanda qarın hündürlüyü 54 sm-ə çatdı - Foto