Abşeron rayonunun Digah qəsəbəsi ərazisində xəsarət alan şəxslərdən daha biri ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu gün xəsarət alan şəxslərdən daha biri - Xəyalə Kərimova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiq edib.
Bununla da, bir ailənin üç üzvü qohumlarının balta ilə yetirdiyi xəsarətə görə vəfat edib.
Qeyd edək ki, hadisə iyulun 3-də baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Sərxan Həşimov aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımovaya və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd edib.
Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar