Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında yeni rekorda imza atıb.
BUTA.TV xəbər verir ki, qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan milli komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb. Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş üzrə millinin yeni rekordudur.
Qeyd edək ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıblar.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar