İranın Şəhid Səttari adına Aviasiya Universitetində keçirilən mərasimdə MiQ-29 döyüş təyyarələri üçün təlim sistemi istifadəyə verilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Mərasimdə İran Ordusunun Ali Baş Komandanı, general-mayor Əbülrəhim Musəvi iştirak edib.
Musəvi MiQ-29 qırıcıları üçün bu təlim sisteminin yaradılmasına görə hava qüvvələri elitasına təşəkkür edib.
MİQ-29 elektron döyüş təlim simulyatorunun uğurla sınaqdan keçirildiyini bildirən Musəvi, bunun şübhəsiz ki, Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında effektiv olacağını əlavə edib.
Bu təlim kompleksləri yaxın günlərdə MiQ-29 qırıcıları ilə təchiz olunmuş bazalara çatdırılacaq.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar