Almaniyadan Rusiya etirafı: Bacara bilmədik!

23:26 - 9 İyul 2023 - GÜNDƏM

 Almaniyadan Rusiya etirafı: Bacara bilmədik!

Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq.

BUTA.TV xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bəyan edib.

Onun sözlərinə görə, təkcə Almaniya deyil, ABŞ və bir çox başqa ölkələr Avropada Rusiyanın da daxil olduğu təhlükəsizlik arxitekturası yaratmağa çalışıblar:

“Sonda alınmadı. Biz də bunu bacara bilmədik. İndi bundan gələcək üçün nəticə çıxarmaq lazımdır. Təəssüf ki, bu o deməkdir ki, gələcəkdə Avropanın təhlükəsizliyi artıq Rusiya ilə ortaq təhlükəsizlik olmayacaq. Amma biz bir-birimizi qoruyacağıq - Avropa üçün, müttəfiqlik və ittifaq üçün daha yaxşı müdafiəni təşkil etmək üçün müdafiə büdcəmizə böyük xərclər sərf etməklə”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı ata və oğlu faciəvi şəkildə öldü

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol