Qarabağa Ermənistandan gələn qazın nəqli 8 iyulda bərpa edilsə də, 9 iyul günorta saatlarında dayandırıldığı haqda məlumatlar yayılıb: separatçılar nə baş verdiyini – niyə bərpa edildiyini və niyə dayandırıldığını anlamadıqlarını deyir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı bildirib.
“Mümkündür ki, rəsmi Bakı bu addımla erməni əhalisinə reinteqrasiyanın üstünlüklərini, onların təchizatının önündəki maneənin əslində separatçılar olduğunu nümayiş etdirir. Ola da bilsin, sülhməramlılara “bir günlük qaz təchizatı” lazım olub.
Səbəblər bəlli deyil, lakin məlumatlar “bir günlük qazın” Xankəndidə ciddi müzakirələrə və xaosa səbəb olduğu yönündədir”, - o vurğulayıb.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar