Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.
Samux rayon sakini E.İlyasov idarə etdiyi "Mersedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Gəncə şəhər sakini Rahilə Hüseynovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
R.Hüseynova Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin işçisi olub.
Faktla bağlı araşdırma aparılır.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar