Azərbaycan Rusiya və Belarusun Olimpiya Oyunlarında çıxış etməsi üçün birbaşa dəstək göstərib. Bakı 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi edən Fransadan dünya idmanını siyasiləşdirməklə məhv etməyə son qoymağı tələb edib.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Azərbaycan Rusiya və Belarus idmançılarına milli mənsubiyyətinə görə ayrı-seçkiliyin yolverilməz olduğunu, bu idmançılara Rusiya və Belarus milli bayraqları altında yarışmaq hüququ verilməli olduğunu bəyan edib”, - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi dünya idmanına göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib. Moskva vurğulayıb ki, Rusiya Qoşulmama Hərəkatının rusların Parisdə keçiriləcək Olimpiada və Paralimpiya oyunlarında iştirakı ilə bağlı xüsusi bəyannamə qəbul etməsi faktını alqışlayır.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar