Birinci Dünya müharibəsi dövründə ermənilərin Urmiya, Salmas və Xoy şəhərlərində törətdikləri soyqırımdan bəhs edən 75 dəqiqəlik “Cilovluq” sənədli filminin çəkilişləri başa çatıb.
Kult.az xəbər verir ki, bu sözləri Güney azərbaycanlı rejissor Rza Siyami deyib.
“Sənədli filmin mövzusunun tədqiqi urmiyalı tarixçi alim Tövhid Məlikzadə tərəfindən aparılıb və rejissorluğu mənə həvalə edilib. Film 4 il İran, Azərbaycan və Türkiyədə Cilovluq qırğını ilə bağlı axtarış-tədqiqat işləri aparıldıqdan sonra 2022-ci ilin yayında Urmiya, Salmas, Xoy və Təbriz bölgələrində lentə alınıb”, - Siyami bildirib.
Onun sözlərinə görə, film son mərhələdədir:
“Yaxın vaxtlarda tənqidçilərin və mütəxəssislərin təsdiqi üçün özəl olaraq nümayiş etdiriləcək. Sənədli film təsdiq edildikdən və yayım icazəsi alındıqdan sonra daxili rəqəmsal platformalarda ictimaiyyətə nümayiş olunacaq”.
O, sənədli filmin İranla yanaşı, Türkiyənin TRT, Azərbaycanın AzTV telekanallarında da yayımlanacağını deyib.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar