Türkiyə Rusiya ilə qaz sənayesində əməkdaşlığı davam edəcək. Lakin qaz tədarükü sahəsində digər layihələri də inkişaf etdirməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər nazir Alparslan Bayraqdar deyib.
“Biz uzun illərdir ki, enerji sahəsində Rusiya ilə əməkdaşlıq edirik. Moskva Türkiyə üçün hər zaman mühüm təchizatçı olub, hətta böhranlı dövrlərdə də etibarlı təchizat rolunu yerinə yetirib”, - o vurğulayıb.
Nazirin sözlərinə görə, Türkiyə heç vaxt Rusiyadan qaz qıtlığı yaşamayıb:
“Biz mayeləşdirilmiş təbii qaz da daxil olmaqla, mühüm enerji infrastrukturu yaratmışıq. Mayeləşdirilmiş təbii qazın təxminən 10%-i bazarımıza Amerika şirkətləri tərəfindən verilir. Qaz ehtiyatlarının tədarükü üçün müxtəlif alternativlər var və Ankara buna diqqət yetirmək istəyir”.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar