Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevaya hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar