Ukrayna NATO-ya üzv olmalıdır. Buna nail olmaq üçün aydın plan təqdim etməyin vaxtıdır.
BUTA.TV xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda iyulun 10-da Vilnüsdə NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.
"Sammitin əsas mövzularından biri Ukraynadır. Hamımız başa düşürük ki, yalnız Ukraynanın qələbəsi Avropaya təhlükəsizlik və sabitliyi qaytaracaq. Müttəfiqlər Ukraynanın ərazisi tam azad olunana qədər ona gələcək hərbi yardım haqqında razılığa gəlməlidirlər. Ukrayna transatlantik sistem təhlükəsizliyinə tam inteqrasiya olunmalı və NATO-ya üzv olmalıdır. Təkrarlanan vədlərin vaxtı keçdi. Bizim buna necə nail olacağımıza dair dəqiq planın vaxtı çatıb”, - deyə Litva lideri vurğulayıb.
Onun sözlərinə görə, Vilnüs ukraynalılara xoş xəbərlərin gəldiyi yerə çevrilməlidir.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar