AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın “Bakı-Stepanakert/Xankəndi” ifadəsini işlətməsi Ermənistanda ciddi müzakirəyə səbəb olub.
BUTA.TV xəbər verir ki, erməni mediası və ekspertlər bunu Qərbin məsələyə baxışı kimi qiymətləndiriblər.
Onların fikrincə, artıq şəhərin adının “Xankəndi” olaraq deyilib-yazılması İrəvana bir siqnaldır ki, bu da “Stepanakert”in “Xankəndi”ləşməsi – yəni Azərbaycana inteqrasiya olunmasının sürətlənməsi arzusundan doğur.
“Xankəndi müharibədəki məğlubiyyətdən sonra və xüsusilə Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi elan etdikdən sonra Azərbaycan tərəfindən sürəkli şəkildə istifadə olunmağa və beynəlmiləlləşdirilməyə başlandı. Bu gün azərbaycanlılar artıq İrəvanın Azərbaycan olmasından danışır”, - Hasmik Babacanyan qeyd edib.
O bildirib ki, bu, həm də Azərbaycanın ərazi bütövlüyünü tanıyan Nikol Paşinyana beynəlxalq dəstəyin təzahürüdür.
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi
- FHN əməkdaşları bu ərazidə fasiləsiz xidmət aparır - Video
- Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar