Almaniya Litvanın paytaxtı Vilnüsdə NATO sammitində Ukrayna Silahlı Qüvvələrinə 700 milyon avro dəyərində yeni hərbi dəstək paketi elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius məlumat verib.
“Çox şadam ki, bu gün Vilnüsdə Rusiyanın hücumuna qarşı Ukraynaya dəstək üçün başqa bir paket yarada bildik. Paket Ukraynanın prioritetlərinə xidmət edəcək. Paket hava hücumundan müdafiə, tanklar və artilleriyadan ibarət olacaq. Paketin təxminən 700 milyon avro olduğu təxmin edilir. Bununla da biz Ukraynanın davamlılığının möhkəmlənməsinə mühüm töhfə veririk”, - o bildirib.
Bu günə qədər Almaniya Ukraynaya təxminən 3 milyard avro dəyərində silah tədarükünü təsdiqləyib.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi