Ölkə qarşısında bir çox vəzifə durur - Prezident

18:40 - 11 İyul 2023 - GÜNDƏM

 Ölkə qarşısında bir çox vəzifə durur - Prezident

Ölkə qarşısında duran bir çox vəzifələr var. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.

BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Sənaye inkişafı ilə bağlı və digər məsələlərlə bağlı çox böyük maliyyə resurslarımızın cəlb olunduğunu deyən dövlət başçısı deyib:

“Biz ayrılan hər bir vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir - həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində. Qeyd etdiyim kimi, büdcəyə əlavə edildikdə ikinci əsas istiqamət hərbi gücümüzün artırılmasına istiqamətləndirilmişdir. Bu da təbiidir. Beynəlxalq vəziyyət bəllidir”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı ata və oğlu faciəvi şəkildə öldü

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol