Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq.
BUTA.TV xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Tvitter hesabında yazıb.
“Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək və nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə maneçilik törədən hərəkətlərinə son qoymaq barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırırıq.
Ermənistanın yalanlarının əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi keçid məntəqəsinin Laçın yolu boyunca hərəkəti pozduğunu aşkar etməyib; nə də Azərbaycanın 22 fevral qərarını pozduğunu aşkarlayıb”, - Məmmədov qeyd edib.
“İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi ilə bağlı müraciətini haqlı olaraq rədd edib”, - E.Məmmədov bildirib.
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi