Bu gün Ukraynanın Zaporojye vilayətində 20 dəqiqədən az davam edən hava hücumu xəbərdarlığı elan edilib. Bu zaman rayon mərkəzi naməlum silah növü ilə hücuma məruz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Zaporojye regional hərbi administrasiyasının rəhbəri Yuri Malaşko bildirib.
Onun sözlərinə görə, yaşayış massivinə hücum nəticəsində 18 nəfər yaralanıb.
Zaporojya merinin birinci müavini Aleksandr Vlasyuk bildirib ki, düşmənin şəhərə zərbə endirmək üçün hansı silahdan istifadə etdiyi hələ də məlum deyil:
"Hazırda istintaq işləri davam etdirilir, hələ də naməlum olan hərbi obyektin qalıqları öyrənilir".
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
- Ölkədə bu şəxslərə bayramla əlaqədar pul verildi
- Rayonlarda pensiyalar hansı tarixdə veriləcək?
- Sabah Ramazanın ilk Qədr gecəsidir
- Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
- Metroda cibgirlik edən şəxs saxlanıldı
- Axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verildi
- Komitə Elçin Quliyevi cərimələdi